s
GPS Monitoring sistemi - real zamanda hər hansı bir hərəkət edən obyektin vəziyyətini izləmək, nəzarət etmək və həmçinin müəyyən dövr üzrə hesabatların alınması üçün hazırlanmış xüsusi bir sistemdir. GPS monitorinq sistemi avtomobillərə, yük maşınlarına və avtobuslara, mototexnikaya, yol tikintisi və ya kənd təsərrüfatı işləri üçün nəzərdə tutulmuş xüsusi avadanlıqlara quraşdırıla bilər.
GPS Monitoring sistem tətbiqləri nəqliyyatla bağlı proseslərinizin avtomatlaşdırılmasını asanlaşdırcaqdır.
Kənd təsərrüfatı sahələrində (istixanalar, quşçuluq və heyvandarlıq fermaları, taxıl və soyuq anbarlar və s.), həmçinin informasiya sektorunda server otaqları və məlumat mərkəzlərində hərarət və rütübətə nəzarət bugünkü gün də öz aktuallığını itirməməkdədir. Hazırda hərarət sensorları vasitəsi ilə bu yöndə nəzarət daha da asanlaşdırılmışdır.
Son zamanlar özünə xidmət terminalları vandalizm və oğurluğa daha çox məruz qalırlar. ATM-lərin, ödəniş terminallarının mühafizəsi və monitorinqi üçün olan xüsusi sistem qeyd olunan halların qarşısını zamanında almağa yardımçı olur.