s
Yanacaq səviyyəsi sensorunun (DUT) istifadəsi yalnız real zamanda yanacağın səviyyəsini (% və lt) qeyd etməyə deyil, həm də:
- istənilən dövr üzrə yanacaq sərfiyyatı və digər məlumatlar haqqında hesabat alma imkanı;
- orta yanacaq sərfiyyatının avtomatik hesablanması (məs.: hər 100 km-ə olan);
- yanacaq doldurulmasının vaxtında aparılmasına, doldurma ünvanına, miqdarına nəzarət etmək və xəbərdarlıq almaq;
- yanacağın kəskin azalma hallarında miqdarına, hansı ünvanda baş verdiyinə sistem üzərindən baxmaq və xəbərdarlıq almaq;
- xidməti avtomobillərdən sui-istifadə faktlarını müəyyən etmək;
- qrafik şəklində yanacaq səviyyəsinə baxma imkanı;
- ilkin və son yanacaq səviyyəsi dəyərlərini görmək imkanı və s.
Yanacağın sərfiyyatına nəzarəti həmçinin nəqliyyat vasitəsinin bort kompyuterinə qoşularaq mövcud sensorlardan faktiki yanacaq sərfiyyatı və s. məlumatların oxunmasını təmin edən CAN avadanlığı vasitəsi ilə əldə etmək mümkündür.
Avadanlıq nəqliyyat vasitəsinin sensorlarından (yanacağın faktiki sərfiyyatı, çəndə yanacağın səviyyəsi, siqnalizasiya, qapıların, baqaj hissənin qapısının, kapotun statusu, əyləclərin statusu, RPM, mühərrikin temperaturu, ön fənərlərin, sürücünün və qabaq sərnişinin təhlükəsizlik kəmərinin statusu, təhlükəsizlik yastıqları, ABS, ESP, “mühərriki yoxlama” indikatoru və s. sensorların statusu.) əks olunan məlumatları real zamanda sistemə göndərməklə yanaşı Sizlərə aşağıdakı imkanları da verəcəkdir:
- istənilən dövr üzrə yanacaq sərfiyyatı və digər məlumatlar haqqında hesabat alma imkanı;
- orta yanacaq sərfiyyatının avtomatik hesablanması (məs.: hər 100 km-ə olan);
- yanacaq doldurulmasının vaxtında aparılmasına, doldurma ünvanı və miqdarına nəzarət etmək və xəbərdarlıq almaq;
- yanacağın kəskin azalma hallarında ünvan, miqdar və s. məlumatlar haqqında xəbərdarlıq almaq imkanını verəcəkdir;
- xidməti avtomobillərdən sui-istifadə faktlarını müəyyən etmək;
- qrafik şəklində yanacaq səviyyəsinə baxma imkanı;
- ilkin və son yanacaq səviyyəsi dəyərlərini görmək imkanı və s.;
Hazırlanan proqram təminatı vasitəsi ilə istənilən yanacaq operatoru sistemi ilə Nəzarət Sistemini inteqrasiya edərək yanacağın harda, nə zaman və nə qədər doldurulmasını yanacaq operatoru bilgiləri ilə müqaisə edə və sürücülər tərəfindən yanacaq oğurluğu hallarının qarşısını almaq mümkündür.