s Haqqımızda

Şirkət haqqında məlumat

“A+A Security” MMC inşaat və xidmətlər sektorunda mühüm mövqe tutmuş geniş profilli A+A Group of Companies holdinqinin törəmə şirkətidir. Şirkət öz fəaliyyətinə 2001-ci ildə başlamışdır və bu gün elektron təhlükəsizlik, kilidləmə, GPS izləmə, simsiz telemetriya, proqramlaşdırma və avtomatlaşdırma sahələrində böyük təcrübəyə malikdir. Biz, fiziki şəxslərdən və kiçik müəssisələrdən tutmuş dövlət idarələri və iri korporasiyalara qədər geniş müştəri dairəsi ilə əməkdaşlıq edirik.

Təqdim olunan xidmətlər spektrinin daim genişlənməsi, dünya bazarı liderlərinin istehsalı olan avadanlıqlara üstünlük verilməsi və müştərilərlə uzunmüddətli etibarlı münasibətlərin qorunub saxlanılması - şirkətimizin önəmli öncəliklərindəndir. Xidmət keyfiyyətinin qorunub saxlanılması məqsədi ilə daimi olaraq şirkət heyyətinə yüksək ixtisaslı mütəxəssislər cəlb olunmaqdadır.

A+A Security
A+A Security

Missiyamız - müştərilərin müxtəlif istərklərinə ən effektiv, çevik və individual texnoloji həllərlə cavab verməkdir. Biz müştərimizin ehtiyaclarını öyrənirik və hər müəssisənin biznes fəaliyyətinə uyğun həlləri fərdi şəkildə işləyib hazırlayırıq. Belə yanaşma müştərilərimizin işini rahatlaşdırır, nizam-intizamı və səmərəliliyi artırır, əlavə mənfəət gətirir.

Əsas öncəliklərimizdən biri mütəmadi şəkildə bütün xidmət mərhələlərində müştərilərin yanında olmaq və lazımi texniki dəstəyi təmin etməkdir.

Biznesi daima irəli aparan amillərdən biri innovasiyadır. Məhz buna görə də öz fəaliyyətimizə və eləcə də fərqli sektorların inkişafına təkan verə biləcək yeniliklərin ölkə üzrə tətbiqi üçün daima çalışmaqdayıq.

İllərin verdiyi təcrübə və komandamızın peşəkarlığı ilə hər zaman müştərilərin təhlükəsizliyi və rahatlığı üçün xidmət göstərməkdəyik. Şirkətimiz öz əməkdaşlarını davamlı olaraq yeni bilik və bacarıqlara yiyələnməyə cəlb edir.

Sertifikatlar

Sertifikatlar

Loqonun istifadə qaydaları

Loqonun istifadə qaydaları

Aşağıda göstərilən loqo başlıca olaraq A+A Security şirkətinin fəaliyyətini simvolizə edir.

  • Loqonun tərkib hissələrinin mövqelərini dəyişmək olmaz.
  • Loqonu eninə və ya uzununa dartmaq olmaz.
  • Loqoya kontur, kölgə və ya başqa effektlər vermək olmaz.
  • Şirkətin loqosu müxtəlif rəngli fonların üzərində əks oluna bilər. Amma bu fon loqonun vizual tanınmasına və sərbəst oxunmasına maneə yaratmamalıdır . Nümünələr aşağıda göstərilmişdir:
A+A Security
A+A Security
A+A Security
A+A Security
A+A Security
A+A Security

Partnyor Şirkətlər

Partnyor Şirkətlər qrupu