s GPS Monitoring sistem tətbiqləri

GPS Monitoring sistem tətbiqləri

GPS Monitoring sistem tətbiqləri

Fleetrun
Fleetrun
Fleetrun
Fleetrun

Fleetrun

Fleetrun - texniki baxış xərclərinin planlaşdırılması, monitorinqi və nəzarəti üçün istifadə olunan xüsusi veb-proqramdır. Bu proqram təminatı əməliyyat xərclərini azaltmaq, kritik nasazlıqlardan qaçmaq və emalatxanada dayanma müddətini azaltmaq istəyənlər üçün tərtib edilmişdir. Həmçinin proqramın istifadəsi periodik servislərin vaxtı vaxtında təmin edilməsinə, texniki servislə bağlı işlərin optimallaşdırmasına gətirir. 

Funksionallığı ilə seçilən Fleetrun proqram təminatı Sizlərə:

- texniki servis intervallarının yaradılması;

- ümumi kilometrajın və texniki servislərə sərf edilən xərclərin qrafik şəklində analizi;

- göstərilən texniki servisin vaxtını, xərclərini (ehtiyyat hissəsi və görülən iş ayrıca) və şəkillərin qeydiyyatı;

- hesabatların alınması;

- texniki servis barədə qabaqcadan xəbərdalıq vasitəsi ilə məlumatın alınmasında yardımçı olacaqdır.

 

Logistika

Logistics - daşınma və distribyusiya ilə məşğul olan müştərilərimizə daşınmanın təşkili, nəqliyyat proseslərinin optimallaşdırılması və xərclərin azaldılması kimi problemlərin həllinə kömək edir. Logistika iki proqramdan ibarətdir - veb versiya və mobil versiya.

Veb versiyası iş axınının səmərəli idarə edilməsini təmin edir:

- sifarişlərin yerləşdirilməsi;

- planlaşdırılması və paylanması;

- marşrutların optimallaşdırılması;

- çatdırılma prosesinin izlənməsi və əlaqələndirilməsi;

Logistics-in mobil versiyası kuryerlər və ya digər mobil işçilər üçün nəzərdə tutulmuşdur.

Logistika
Logistika
Logistika
Hecterra
Hecterra
Hecterra
Hecterra

Hecterra

Hecterra - kənd təsərrüfatı müəssisələrində telematik məlumatlar əsasında əkin sahələrində işlərin nəzarət olunmasına imkan yaradan sadə və effektiv proqram təminatıdır. Tədbiq vasitəsi ilə sahələr, obyektlər, sürücülər, aqreqatlar, əməliyyatlar və yanacaq sərfiyyatı haqqında ətraflı hesabatların alınması, həmçinin hesabatların csv-yə ixracı mövcuddur. 

Sistem kənd təsərrüfatı müəssisələrinin işçilərinə və rəhbərlərinə əkin sahələri, məhsulları və onların emalı haqqında şəffaf məlumatları təqdim edir.

Eco Driving

Eco Driving – bu tətbiq vasitəsi ilə nəqliyyat vasitələrinin təhlükəsiz idarə edilməsinə nəzarət olunur.

Bu tətbiqin üstünlükləri:

- daşınan yükün zədələnmə hallarının qarşısının alınması;

- nəqliyyat vasitəsində təmir hallarının azaldılması;

- ehtiyyat hissələrinin uzunmüddətli istifadə olunması;

- sürücülərin cərimə və mukafatla qiymətləndirilməsi;

- yanacağa sərf olunan xərclərə qənaət olunması;

Hesablama sürət həddinin aşılmasıkəskin sürətlənməqəfil əyləcləmə, kəskin bucaq altında dönmə kimi meyarlara əsasən aparılır. Təhlükəsiz idarəetməyə daimi nəzarət etməklə avtoparka sərf olunan xərclərdə qənaətə nail olunur.

Eco Driving
Eco Driving
Eco Driving
NimBus
NimBus
NimBus

NimBus

NimBus- veb-proqramı ictimai sərnişin nəqliyyatına nəzarət etmək üçün nəzərdə tutulub.

Xidmətin əsas vəzifələri marşrutların planlaşdırılması və yerinə yetirilməsinin monitorinqi, avtonəqliyyat vasitələrinin reyslər üzrə paylanması və qrafikə uyğun hərəkətinə nəzarətdir. Tətbiq avtomobilin real vaxt rejimində səmərəli monitorinqini və avtoparkın fəaliyyəti haqqında ətraflı hesabatı təqdim edir.

Smart Agro - Aqroanalitika Sistemi

Aqroanalitika Sistemi – peykdən ötürülən məlumatlara istinadən bitkilərin vegetasiya dövründə (NDVİ), torpağın temperatur və rütubətlik əmsalları (SMİ), habelə texnikalara və qoşqulara quraşdırılmış sensor məlumatlarının analizi əsasında aparat-proqram kompleksidir.

Aqroanalitika tətbiqinin nəticələri:

- zamanında görülən risklər və tədbirlər nəticəsində məhsul itkisinin qarşısının alınması;

- YSM-ə çəkilən xərclərinin azaldılması;

- neqativ hallar nəticəsində yaranmış məhsul itkisiin  qarşısının alınması;

Beləliklə Aqroanalitika sistemi vasitəsilə yaranmış problemlərin qarşısını vaxtında almaqla məhsulun maya dəyəri aşağı salınır, keyfiyyət və məhsuldarlıq artır, kənd təsərrüfatının  inkişafına zəmin yaranır.

Sistem sahədə görülmüş işləri, texnika və işçi sayını, yanacaq sərfiyyatını, maliyyə xərclərini, əmək haqqlarını avtomatik hesablayır, biznes proseslərini avtomatlaşdırır və şəfaflığı təmin edir.

 

 

Beləliklə sistem - nəzarət mexanizmini həyata keçirməklə əkin sahəsində gedən proseslər və əldə olunan məhsul haqqında məlumat bazası yaradır.

Smart Agro - Aqroanalitika Sistemi
Smart Agro - Aqroanalitika Sistemi
Smart Agro - Aqroanalitika Sistemi