s
GPS Nəzarət avadanlıqları və əlavə sensorlar (yanacaq səviyyəsi/sərfiyyatı sensoru, hərarət sensoru, sürücülərin eyniləşdirmə sensoru, kompressor statusu müəyyən edən sensoru, qapı sensoru, təhlükəsizlik kəmərinin statusu və s.) quraşdırmaqla nəqliyyat vasitəsinə tam nəzarət və idarə edə bilərsiniz.
GPS Monitorinq sistemi vasitəsi ilə Siz bir çox əməliyyatlar həyata keçirə bilərsiniz. Standart paketə daxil olan məlumatlar:
- Nəqliyyat vasitəsinin mövqeyi, işə salınıb/söndürülməsi, sürəti, getdiyi məsafə haqqında məlumatların alınması və təhlili.
- Şirkət tərəfindən Sistemdə müəyyən edilmiş məhdudiyyətlərin (iş rejimi, sürət rejimi ( həmçininin yollar üzrə), sürətin kəskin azalıb/artırılması, əbəs durma, yanacağın səviyyəsinin kəskin azalması) aşması haqqında hesabatların və online xəbərdarlıqların alınması.
- Nəqliyyat vasitələrinin ərazi və marşrutlara təhkim olunması, hesabatların alınması həmçinin bu ərazi və marşrutlardan kənarlaşdıqda xəbərdarlıqların alınması.
- Nəqliyyat vasitəsinin ərazi kimi (hərəkətdə olan ərazi) müəyyən olunması və bu ərazi üzrə hesabat və xəbərdarlıqların alınması. İki və ya bir neçə nəqliyyat vasitəsi ərazi kimi müəyyən olunduqda onların görüşməsi haqqında xəbərdarlıqların alınması.
- Nəqliyyat vasitəsinə və ya hər hansı bir obyektə hərəkət istiqamətinə əsasən yaxın olan nəqliyyat vasitələrinin müəyyən olunması.
- Maraq nöqtələrininin xəritəyə salınması imkanı.
- Eyni zamanda bütün nəqliyyat vasitələrinin xəritədə izlənilməsi, nəqliyyat vasitələrinin getdiyi marşrutların xəritə üzərində fərqli rənglərlə görsənməsi, sürətdən asılı olaraq marşrutun fərqli rənglərlə görsənməsi, eyni zamanda bir neçə nəqliyyat vasitələrin ayrıca izlənilməsi.