s
Proqram təminatımız nəqliyyat vasitəsi, sürücü və səfər haqqında məlumatı avtomatik doldurmaqla yol vərəqənin hazırlama prosesini avtomatlaşdırır. Yol vərəqənin rəqəmsallaşması vaxta qənaət, azaldılmış səhvlər, artan rahatlıq, nəzarətin və təhlükəsizliyin artmasına eləcədə xərclərin azalması kimi, çoxsaylı üstünlüklərə gətirib çıxarır.
Yol vərəqəsi proqram təminatımızla siz əməliyyatlarınızı sadələşdirə, əl ilə sənədləşmə işlərini minimuma endirə və biznesinizin digər kritik aspektlərinə diqqət yetirə bilərsiniz. Üstəlik, siz əmin ola bilərsiniz ki, bütün lazımi məlumatlar dəqiq qeyd edilib və təhlükəsiz şəkildə saxlanılır, bununla da səhvlər, saxtakarlıq və ya itirilmiş sənədlər riski minimuma endirilir.
Bu proqram məhsulu sürücünün yorğunluğu nəticəsində baş verən yol qəzalarının sayını minimuma endirmək üçün nəzərdə tutulub. O, buna sürücünün davamlı sürmə vaxtına və gündəlik və həftəlik istirahət müddətlərini normativlərə uyğun olamsına nəzarət etməklə nail olur.
Proqram məhsulu insan həyatına, nəqliyyat vasitələrinə və ətraf mühitə zərərin qarşısını almağa kömək etdiyi üçün sərnişin və yük daşımaları ilə məşğul olan şirkətlər üçün əvəzolunmaz həlldir. Sürücü Yorğunluğuna Nəzarət Proqramı ilə siz sürücülərinizin təhlükəsiz və səmərəli işlədiyinə və qəzaların qarşısını almaq və biznesinizi qorumaq üçün lazımi addımları atdığınıza əmin ola bilərsiniz.
Yanacağa Nəzarət proqramımız yanacaq xərclərini azaltmaq və yanacağın idarə edilməsini təkmilləşdirmək üçün hərtərəfli həll yolu təqdim edir. Nəqliyyat parkınızda quraşdırılmış GPS izləmə cıhazladan daxil olan məlumatlar və yanacaq operatorlarun sistemindən əldə olunan məlumatların inteqrasiyası vasitəsi ilə siz faktiki yanacaq sərfiyyatına və xərclərə şəffaf və rahat nəzarət edə biləcəksiniz. Əldə olunan hesabatlar vasitəsi ilə siz mümkün yanacaq oğurluğunu aşkar etməyə və qarşısını almağa imkan verir.
Yanacaq Nəzarət proqramımızla siz yanacaq sərfiyyatınızı optimallaşdıra və nəqliyyat parkınızı daha səmərəli idarə edə biləcəksiniz, əlavə olaraq əməliyyat xərclərini azalda və ümumi iş performansını yaxşılaşdıra bilərsiniz.