İng \ Rus

Korporativ satış üzrə mütəxəssis

Baku, Azerbaijan
Tam ştat

Məzmun

  • Korporativ nəqliyyat üçün GPS həllərin satışını edəcək dinamik və perspektivli peşəkar satış nümayəndəsi axtarırıq.

Tələblər

  • Satış sahəsində (xüsusilə B2B) ən azı 3 il təcrübə.
  • GPS, IT, texnologiya və ya avtomobil sahəsinə maraq.

  • Ünsiyyət və inandırma bacarıqları.

  • Azərbaycan dili – səlis (rus və ingilis dili üstünlükdür).

  • Aktiv, məsuliyyətli və nəticə yönümlü olmaq.

  • Müştəriləri aktiv axtarmaq və danışıqlar aparmaq bacarığı.

  • Satış sahəsində böyümək və inkişaf etmək arzusu.

  • Ünsiyyətcil, müştərinin tələblərini dinləmə və başa düşmə qabiliyyəti.

  • GPS sistemlərinin əsas prinsiplərini bilmək üstünlükdür.

  • Yaş həddi 25-45 (bəy namizəd).

Məsuliyyətlər

  • GPS izləyiciləri, sensorlar və digər monitorinq həllərinin təşviqi və satışı.

  • Müştərilərlə danışıqlar aparmaq: məhsul təqdimatından müqavilə bağlanmasına qədər.

  • Müştəri bazasının genişləndirilməsi və müştərilər ilə uzunmüddətli münasibətlərin qurulması.

  • Müştərilərə monitorinq sistemindən istifadənin ilkin mərhələsində dəstək göstərilməsi.

  • Satış planlarının yerinə yetirilməsi.

Şərtlər və Faydalar

  • Sabit gəlir: əsas əmək haqqı + avadanlıqların satışından yüksək faizlər.

  • Bonuslar: planların yerinə yetirilməsi və artıqlaması ilə icrasına görə əlavə bonuslar.

  • Karyera yüksəlişi üçün imkanlar.

  • Məhsular və həllər üzrə təlim və işə başlamaqda dəstək.

  • Yüksək tələbatlı həlləri olan nüfuzlu bir şirkətdə iş imkanı.

  • Rahat mühitə malik mərkəzdə yerləşən ofis.

  • Təşəbbüsü və nəticələri qiymətləndirən peşəkar komandada işləmək imkanı.

Üstünlük verilən ixtisaslar

  • İşinin peşəkarı olub 5+il təcrübəsi olan namizdələr əlavə iş yeri kimi də müraciət edə bilərlər!

İş Şərtləri

  • İş qrafiki: saat 09:00-dan 18:00-dək (5 günlük iş həftəsi).

  • İstirahət günləri – şənbə və bazar günləri.

  • Ezamiyyətlər nəzərdə tutulmuşdur.

Dərc olundu: Fevral 12, 2026 Son tarix: Mart 10, 2026