04 Noyabr 2025
Vingcard / ASSA ABLOY tərəfindən təqdim olunan Organic Growth 2024 mükafatı A+A Security üçün dayanıqlı orqanik inkişafımızın və otel təhlükəsizliyi həlləri bazarındakı mövqeyimizin möhkəmlənməsinin mühüm göstəricisidir.
Bu nailiyyət otel tərəfdaşlarımızın bizə olan etimadını və müştərilər üçün real dəyər yaradan inkişaf yanaşmamızın nəticəsini əks etdirir. Biz elektron otel kilidləri, seyflər və minibarlara dair həllərin seçimi, təchizatı, quraşdırılması və etibarlı servis dəstəyinə xüsusi diqqət yetiririk.
Bu mükafat bizim üçün düzgün istiqamətdə irəlilədiyimizin təsdiqi və otellər üçün təhlükəsizlik və rahatlıq standartlarını daha da yüksəltmək üçün motivasiyadır.