İng \ Rus

Smart Agro - Aqroanalitika Sistemi

Aqroanalitika Sistemi – peykdən ötürülən məlumatlara istinadən bitkilərin vegetasiya dövründə (NDVİ), torpağın temperatur və rütubətlik əmsalları (SMİ), habelə texnikalara və qoşqulara quraşdırılmış sensor məlumatlarının analizi əsasında aparat-proqram kompleksidir.

Aqroanalitika tətbiqinin nəticələri:

- zamanında görülən risklər və tədbirlər nəticəsində məhsul itkisinin qarşısının alınması;

- YSM-ə çəkilən xərclərinin azaldılması;

- neqativ hallar nəticəsində yaranmış məhsul itkisiin  qarşısının alınması;

Beləliklə Aqroanalitika sistemi vasitəsilə yaranmış problemlərin qarşısını vaxtında almaqla məhsulun maya dəyəri aşağı salınır, keyfiyyət və məhsuldarlıq artır, kənd təsərrüfatının  inkişafına zəmin yaranır.

Sistem sahədə görülmüş işləri, texnika və işçi sayını, yanacaq sərfiyyatını, maliyyə xərclərini, əmək haqqlarını avtomatik hesablayır, biznes proseslərini avtomatlaşdırır və şəfaflığı təmin edir.

 

 

Beləliklə sistem - nəzarət mexanizmini həyata keçirməklə əkin sahəsində gedən proseslər və əldə olunan məhsul haqqında məlumat bazası yaradır.