Fleetrun - texniki baxış xərclərinin planlaşdırılması, monitorinqi və nəzarəti üçün istifadə olunan xüsusi veb-proqramdır. Bu proqram təminatı əməliyyat xərclərini azaltmaq, kritik nasazlıqlardan qaçmaq və emalatxanada dayanma müddətini azaltmaq istəyənlər üçün tərtib edilmişdir. Həmçinin proqramın istifadəsi periodik servislərin vaxtı vaxtında təmin edilməsinə, texniki servislə bağlı işlərin optimallaşdırmasına gətirir.
Funksionallığı ilə seçilən Fleetrun proqram təminatı Sizlərə:
- texniki servis intervallarının yaradılması;
- ümumi kilometrajın və texniki servislərə sərf edilən xərclərin qrafik şəklində analizi;
- göstərilən texniki servisin vaxtını, xərclərini (ehtiyyat hissəsi və görülən iş ayrıca) və şəkillərin qeydiyyatı;
- hesabatların alınması;
- texniki servis barədə qabaqcadan xəbərdalıq vasitəsi ilə məlumatın alınmasında yardımçı olacaqdır.