Hecterra - kənd təsərrüfatı müəssisələrində telematik məlumatlar əsasında əkin sahələrində işlərin nəzarət olunmasına imkan yaradan sadə və effektiv proqram təminatıdır. Tədbiq vasitəsi ilə sahələr, obyektlər, sürücülər, aqreqatlar, əməliyyatlar və yanacaq sərfiyyatı haqqında ətraflı hesabatların alınması, həmçinin hesabatların csv-yə ixracı mövcuddur.
Sistem kənd təsərrüfatı müəssisələrinin işçilərinə və rəhbərlərinə əkin sahələri, məhsulları və onların emalı haqqında şəffaf məlumatları təqdim edir.
NimBus- veb-proqramı ictimai sərnişin nəqliyyatına nəzarət etmək üçün nəzərdə tutulub.
Xidmətin əsas vəzifələri marşrutların planlaşdırılması və yerinə yetirilməsinin monitorinqi, avtonəqliyyat vasitələrinin reyslər üzrə paylanması və qrafikə uyğun hərəkətinə nəzarətdir. Tətbiq avtomobilin real vaxt rejimində səmərəli monitorinqini və avtoparkın fəaliyyəti haqqında ətraflı hesabatı təqdim edir.