İng \ Rus

Yanacaq sərfiyyatına nəzarət sensoru (CAN)

Yanacağın sərfiyyatına nəzarəti həmçinin nəqliyyat vasitəsinin bort kompyuterinə qoşularaq mövcud sensorlardan faktiki yanacaq sərfiyyatı və s. məlumatların oxunmasını təmin edən CAN avadanlığı vasitəsi ilə əldə etmək mümkündür.

Avadanlıq nəqliyyat vasitəsinin sensorlarından (yanacağın faktiki sərfiyyatı, çəndə yanacağın səviyyəsi, siqnalizasiya, qapıların, baqaj hissənin qapısının, kapotun statusu, əyləclərin statusu, RPM, mühərrikin temperaturu, ön fənərlərin, sürücünün və qabaq sərnişinin təhlükəsizlik kəmərinin statusu, təhlükəsizlik yastıqları, ABS, ESP,  “mühərriki yoxlama” indikatoru və s. sensorların statusu.) əks olunan məlumatları real zamanda sistemə göndərməklə yanaşı Sizlərə aşağıdakı imkanları da verəcəkdir:

- istənilən dövr üzrə yanacaq sərfiyyatı və digər məlumatlar haqqında hesabat alma imkanı;

- orta yanacaq sərfiyyatının avtomatik hesablanması (məs.: hər 100 km-ə olan);

- yanacaq doldurulmasının vaxtında aparılmasına, doldurma ünvanı və miqdarına nəzarət etmək və xəbərdarlıq almaq;

-  yanacağın kəskin azalma hallarında ünvan, miqdar və s. məlumatlar haqqında xəbərdarlıq almaq imkanını verəcəkdir;

- xidməti avtomobillərdən sui-istifadə faktlarını müəyyən etmək;

- qrafik şəklində yanacaq səviyyəsinə baxma imkanı;

- ilkin və son yanacaq səviyyəsi dəyərlərini görmək imkanı və s.;