Bu proqram məhsulu sürücünün yorğunluğu nəticəsində baş verən yol qəzalarının sayını minimuma endirmək üçün nəzərdə tutulub. O, buna sürücünün davamlı sürmə vaxtına və gündəlik və həftəlik istirahət müddətlərini normativlərə uyğun olamsına nəzarət etməklə nail olur.
Proqram məhsulu insan həyatına, nəqliyyat vasitələrinə və ətraf mühitə zərərin qarşısını almağa kömək etdiyi üçün sərnişin və yük daşımaları ilə məşğul olan şirkətlər üçün əvəzolunmaz həlldir. Sürücü Yorğunluğuna Nəzarət Proqramı ilə siz sürücülərinizin təhlükəsiz və səmərəli işlədiyinə və qəzaların qarşısını almaq və biznesinizi qorumaq üçün lazımi addımları atdığınıza əmin ola bilərsiniz.